Sənədlərin nostrifikasiyası (tanınma) + Tərcümələr
Başqa ölkəyə təhsil almaq üçün gələn hər bir şəxs təhsil haqqında sənədlərini oxumaq və ya işləmək üçün təsdiq etməyə məcburdur.
Əgər Siz başqa ölkədə təhsil almısınızsa və təhsilinizi Ukraynada davam etdirmək istəyirsinizsə, nostrifikasiya prosedurasını keçməlisiniz, yəni sənədlərinizin (attestatın, akademik arayışın, diplomun) tanınması prosedurasını keçməlisiniz.
NOSTRİFİKASİYANI KEÇMƏK ÜÇÜN 9 ADDIM:
- Lazımı sənədləri toplamaq.
- Pasportun, attestatın/ lisey və ya kollec diplomunun Ukrayna dilinə tərcüməsi.
- Sənədlərin (pasportun, attestatın) tərcümələrinin notarius tərəfindən təsdiq edilməsi.
- Sənədləri Kiyev şəhərində Ukrayna təhsil və elm nazirliyinin DM informasiya-imic mərkəzində təyin olunmuş müddətdə təqdim edilməsi.
- Sizin ərizənizin Ukrayna təhsil və elm nazirliyinin DM informasiya-imic mərkəzində təyin olunmuş müddətdə qeyd edilməsi.
- Dövlət ödənişlərinin verilməsi.
- Təkrar olaraq Kiyev şəhərinə Ukrayna təhsil və elm nazirliyinin DM informasiya-imic mərkəzinə getmək.
- Şəhadətnaməni almaq.
- Şəhadətnaməni Sizin universitetə təqdim etmək.
Nəyə görə Sizə “İNGEK” Biznes Mərkəzinə müraciət etməyiniz yaxşıdı?
Bizim mütəxəssislərimiz Sizə sənədlərin paketini tanınmaq prosedurasına təqdim etmək üçün DÜZGÜN hazırlamaqda kömək edərlər, onları Sizin əvəzinizə Nazirliyə təqdim edib lazım olan rüsumları və digər ödənişləri verib, daima nostrifikasiyanın gedişi barədə məlumat verəcəklər. Sizə növbədə dayanmaq və Ukrayna qanunvericiliyini öyrənmək lazım olmayacaq.
İcra müddəti
Ukrayna təhsil və elm nazirliyinin DM İnformasiya-imic mərkəzində ödəniş pulunun alınmasından sonra 3-6 ay müddətinndə.
Nostrifikasiya üçün sifarişi necə vermək və PULSUZ məsləhəti necə almaq olar?
- Bizim Xarkov ş., İnjenernıy pereulok 1-A ünvanındakı ofisimizə gəlin
- Ya da bizə zəng edib/yazıb öz suallarınızı verin +38 (063) 829 41 78
- Sənədlərinizi göndərin və ertəsi gün götürün translationagency787@gmail.com